AZ

Bakı 14 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanışlıq olub - FOTOLAR

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Əhməd Bakı 14 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub və təşkilatın əldə etdiyi nailiyyətləri, qarşıda duran hədəfləri, vətəndaşlar arasında imzalanan barışıq sazişlərinin məzmunu üzrə kazusları müzakirə edib.

QHT.az xəbər verir ki, Bakı 14 Saylı Mediasiya Təşkilatının rəhbəri Gəray Məmmədtağıyev təşkilatın gördüyü işlər və əldə etdiyi nailiyyətlər, eyni zamanda təşkilatın planlaşdırılan marketinq strategiyası barədə məlumat verib.

Görüşdə iştirak edən Bakı 14 saylı mediasiya təşkilatının mediatoru Esmira Rzayeva vəkil kimi əldə etdiyi mediasiya sazişlərini diqqətə çatdırıb və mediator kimi təşkilatla səmərəli əməkdaşlığını qeyd edib. Mediator Cəlal Hüseynov mediasiya sahəsində təşkilatın gördüyü işləri qeyd edib və təşkilatın keyfiyyətli mediasiya proseslərinin aparılması üçün gördüyü işlərdən danışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
qht.az

5Mənbələr