AZ

Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir

Bakı. Trend:

Azercell Bağlantını asanlaşdırır, həyatı daha dolğunedirik” strateji məqsədinə sadiq qalaraq qadınların ictimai həyatdafəallığının artırılmasını hədəfləyən sosial layihə müsabiqəsinielan edir. Müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyininyaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasınadəstək olmaqdır.

Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan biriniəhatə etməlidir:

  • Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarınıntəkmilləşdirilməsi;
  • Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktikibiliklərin aşılanması;
  • Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqlarınformalaşdırılması;
  • Qadınların hüquq və maliyyə savadlılığının artırılması;
  • Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi.

Seçim zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyin təminedilməsinə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsininyüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək.Layihələrin geniş hədəf qruplarına faydalı olmasına, eyni zamandadavamlı şəkildə həyata keçirilməsinə önəm veriləcək.

Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını vəobyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunantəklifləri ölkənin bu sahələrdə ixtisaslaşmış ekspertlərindənibarət münsiflər heyəti dəyərləndirəcək.

Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək ki, hər birininhəyata keçirilməsi üçün Azercell tərəfindən 5.000 AZN-dək qrantayrılacaq.*

Qeyd edək ki, müsabiqədə yalnız qeyri-hökumət vəqeyri-kommersiya təşkilatları iştirak edə bilərlər.

Layihə təklifləri Azərbaycan dilində 27.08.24-10.09.24 il tarixləri aralığında qeydolunmuş linküzərindən göndərilməlidir. Müraciətə layihənin həyata keçirilməsiüçün tələb olunan büdcənin detallı açıqlamasının əlavə edilməsixahiş olunur.

“Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzuedir!

* Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindənasılı olaraq dəyişə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
22
az.trend.az

5Mənbələr