AZ

Zaqatalada 64 yaşlı kişi əvvəlcə 78 yaşlı həkimi, sonra özünü güllələyib -TƏFƏRRÜAT

Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs özünü güllələyib.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

"Əməli törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır", - məlumatda qeyd olunub.

 

APA-nın məlumatına görə, uzun illər Zaqatalada həkim kimi çalışmış Tariyel Əhmədov Həsən Davudov tərəfinfən qızının evində qətlə yetirilib. H. Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb.


Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb ediblər. Bu zaman H. Davudov özünə atəş açaraq intihar edib.

 

İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
6
senzor.az

9Mənbələr