AZ

"Azercell" sosial layihə müsabiqəsini elan edir

"Azercell" Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq qadınların ictimai həyatda fəallığının artırılmasını hədəfləyən sosial layihə müsabiqəsini elan edir.

Publika.az xəbər verir ki, müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək olmaqdır.

Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:

- Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarının təkmilləşdirilməsi;

- Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktiki biliklərin aşılanması;

- Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;

- Qadınların hüquq və maliyyə savadlılığının artırılması;

- Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi.

Seçim zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyin təmin edilməsinə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin geniş hədəf qruplarına faydalı olmasına, eyni zamanda davamlı şəkildə həyata keçirilməsinə önəm veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
13
publika.az

5Mənbələr