AZ

Ukrayna ordusu Rostov vilayətində neft bazasına hücum etdi - VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətində neft bazasına hücum edib.

Bizim.Media xəbər verir ki, hadisə regionun Kamenski rayonunun Molodejnı kəndi yaxınlığında baş verib.
 

Belə ki, burada yerləşən “Atlas” neft bazasına gecə saat 3 radələrində iki pilotsuz təyyarə düşüb.


Nəticədə yanğın başlayıb. Hazırda üç sistern yanır. İlkin məlumatlara görə, itki yoxdur.

Rostov vilayətinin qubernatoru bölgə üzərində 4 pilotsuz təyyarənin vurulması barədə informasiya yayıb.




Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
15
bizim.media

10Mənbələr