AZ

Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlandı

Kəlbəcərdə ölmüş heyvanların görüntüləri ilə bağlı araşdırma başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, sözügedön görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb:

"İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbədən tələf olması məlum olacaqdır".

Xatırladaq ki, Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü cari ilin fevral ayının 25-də başa çatıb. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
9
unikal.az

10Mənbələr