AZ

Dövlət Holdingi işçi axtarır - VAKANSİYA

Dövlət – Holding

Satınalma üzrə baş mütəxəssisi

 Son tarix 27 sen 2024 - [email protected]

İş yeri:  Bakı şəhəri

Əmək funksiyası:

  • Satınalma və təchizat zənciri strategiyasının müəyyənləşdirilməsi və icrası
  • İllik satınalma planının hazırlanması və icrasını təşkil etmək.
  • Sifarişlər üzrə texniki parametrlər və standartların hazırlanması prosesini təşkil etmək
  • Təchizat sifarişlərinin idarə edilməsi (Tələbin yaranmasından ödənişədək olan prosesin idarə edilməsi)
  • Yerli və xarici bazarın təhlili, tələb olunan araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
  • Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin idarə olunması, keçirilmiş satınalma müsabiqəsinin nəticəsini rəsmiləşdirmək və s. işlərin təşkil edilməsi.
  • Müqavilə şərtlərinin müəyyən olunması, hazırlanması və nəzarətdə saxlanılması, layihələrin, autsorsinq sövdələşmələrinin, təchizatçı müqavilələrin hazırlanması
  • Müqavilələr üzrə tədarükçü KPİ-ların hazırlanması, tədarükçü fəaliyyətinin qiymətləndirilməsi 
  • Strateji layihələrin Satınalma funskyasının idarə edilməsi, layihələr üzrə müvafiq KPİ və yol xəritəsi hazırlanmasının təşkili
  • Qurumun struktur bölmələrinin saxlanması və fəaliyyəti, habelə maddi-texniki təminatı üçün ayrılmış vəsaitin təyinatı üzrə səmərəli istifadə edilməsi məqsədlə rəhbərliyə təkliflər vermək;
  • Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək

Vəzifə öhdəlikləri:

  • Təhsil pilləsi (minimum)- Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası-İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması arzu olunandır.
  • İş təcrübəsi (minimum)- İstehsalat sahəsində minumum 3 illik iş təcrübəsi. Dövlət Satınalmaları təcrübəsinin olması arzuolunandır.
  • Dil bilikləri-Azərbaycan dili, Rus dili, Ingilis dili (səlis) 
  • Kompüter bilikləri-Yaxşı səviyyədə Microsoft office proqramlarını yüksək səviyyədə bilməli. 1C və  digər ERP-lər üzrə üzrə iş təcrübəsi arzu olunandır.
  • Digər zəruri tələblər- Satınalma prosesinə dair sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə beynəlxalq standart və normaları bilməli;
  • Xarici və yerli tədarükçülərlə satınalma və ondan irəli gələn danışıqların aparılması üçün yüksək ünsiyyət qabiliyyəti.

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Analitik düşünmə
  • Problem analiz etmə
  • Detallara diqqət
  • Nizam-intizam

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur

Seçilən
263
42
fed.az

10Mənbələr