AZ

İngiltərə xəstəxanalarında qan ehtiyatlarının çatışmazlığı yaranıb

İngiltərə

London, 28 avqust, AZƏRTAC

İngiltərənin qan donor xidməti “NHS Blood and Transplant” ehtiyatların azaldığını bildirib və yeni donorların cəlb edilməsi üçün təcili çağırış edib.

AZƏRTAC xəbər verir ki, qurum iyul ayında verilən “narıncı xəbərdarlıq”dan sonra qan ehtiyatlarında müəyyən yaxşılaşma müşahidə edildiyini deyib. Ancaq bildirilib ki, xəstəxanalarda müalicə alan xəstələrin qayğısının təhlükə altına düşməsi riski hələ də mövcuddur. Həmçinin yaxın aylarda qan vermək üçün növbə götürən insanların sayında azalma müşahidə olunub.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
azertag.az

2Mənbələr