AZ

Avropa Komissiyası “Telegram”la bağlı araşdırmaya başlayıb

Avropa Komissiyası “Telegram”la bağlı texniki araşdırmaya başlayıb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Tənzimləyici hesab edir ki, messencer rəqəmsal xidmətlər haqqında qanunun (DSA) altına düşməmək üçün Aİ-də istifadəçilərin sayını olduğundan az göstərib. Qeyd edək ki, qanun 2023-cü ildə qüvvəyə minib və Avropada rəqəmsal platformaların fəaliyyətinə nəzarəti gücləndirib.

DSA-nın bəzi müddəaları yalnız Aİ-də aylıq 45 milyondan çox aktiv istifadəçi auditoriyası olan böyük xidmətlərə aiddir. 2024-cü ilin əvvəlində “Telegram” Avropada 41 milyon istifadəçinin olduğunu bildirmişdi.

Avropa Komissiyası qeyd edir ki, tənzimləyici “Telegram”ın təqdim etdiyi məlumatların nə qədər dəqiq olduğunu müstəqil şəkildə yoxlamaq imkanına malikdir. İstifadəçilərin sayı daha çox olarsa, messencer birtərəfli qaydada böyük xidmətlər sırasına daxil ediləcək.

24 avqust 2024-cü ildə Pavel Durov Parisdə saxlanılıb. Həbs müddəti avqustun 28-i daxil olmaqla uzadılıb. Avqustun 26-da Makron deyib ki, həbsin “heç bir siyasi motivi yoxdur”.

Həmin gün Fransa prokurorluğu işin təfərrüatlarını açıqlayıb. İş hüquq-mühafizə orqanlarına məlumat verməkdən imtina, dələduzluqda iştirak, narkotik vasitələrin yayılması, uşaq pornoqrafiyasının saxlanması və çirkli pulların yuyulması da daxil olmaqla 12 ittihamdan ibarətdir.

Avqustun 28-də Fransa məhkəməsi Durova məhkəmə nəzarəti təyin edib. O, 5 milyon avro girov qarşılığında azadlığa buraxılacaq və Fransanı tərk edə bilməyəcək. Durov tələb olunduqda məlumatların səlahiyyətlilərə təqdim edilməməsi də daxil olmaqla, altı cinayətdə ittiham olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
banker.az

10Mənbələr