AZ

Kərbəlada daha bir Azərbaycan vətəndaşı öldü

İraqın Kərbəla şəhərində ziyarətdə olan daha bir Azərbaycan vətəndaşı vəfat edib.

Olaylar xəbər verir ki, Masallı rayon Mollalı kənd sakini Hacı Gülhüseyn dünən Kərbəlada dünyasını dəyişib.

Onun harada dəfn ediləcəyi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, dünən Kərbəlada Bakı şəhər Sabunçu rayon sakini Hacı Dəyanət də vəfat edib. Öncəki günlərdə isə ziyarətdə olan Bakı şəhər sakinləri Kərbəlayi Elşən və Hacı Rafiq də orada dünyalarını dəyişiblər. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
22
olaylar.az

10Mənbələr