AZ

Sərnişinlər “AZAL”dan imtina edir- Video

Sosial şəbəkələrədə yayılan görüntülərdə hava limanı əməkdaşları sərnişindən fantastik qiymətlə baqaj ödənişi tələb edirlər.

 26.08.2024-cü il tarixində Bakı hava limanında (Bakı- Moskva reysində) sərnişinin 2 çanta 62 kq olan baqajı üçün 986 manat ödəniş tələb ediblər. Həmçinin əl yükü 5 kq artıq olmasını bəhanə edib təkrarən ödəniş tələb ediblər. Heçdə ucuz olmayan aldığımız biletdə əl yükü 10 kq göstərildikdə çıxılmaz vəziyyətə düşdülər. Daha sonra 62 kq əlavə baqaja görə bizdən 586 manat pul aldılar. Bu rəsmən soyğunculuqdur. “AZAL”dan imtina edirəm daha “AZAL” ın biletini almayacağam deyə sərnişin bildirib.

Qeyd edək ki, video çəkilişdən öncə 2 baqaja görə 1000 manat ödəniş tələb olunurdu.

“AZAL”dan şikayətlə bağlı heç bir açıqlama almaq mümkün olmadı.

Məlumatı 24saat.az sosial hesabında yayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
23
referans.az

10Mənbələr