Ermənistanda 2027-ci ildə konstitusiya referendumu keçirilə bilər
“Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır”. Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. “Bu o deməkdir ki, bu kompleks sənəd üzərində ictimai müzakirələrlə ətraflı iş aparılacaq. Biz bütün mütəxəssislərlə işləyəcəyik”, - Minasyan bildirib. Nazir əlavə edib ki, hazırda konstitusiya islahatlarına baxılması adi qaydada davam edir. Lakin idarə rəisinin sözlərinə görə, yayda proses o qədər də intensiv olmayıb. Minasyan qeyd edib ki, konstitusiya komissiyasının növbəti iclası sentyabrın 5-də baş tutacaq. Xatırladaq ki, iyulun əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib. Onun sözlərinə görə, hazırda bu, respublika üçün “prinsipial problemdir”.