AZ

Rusiya XİN: Moskva Bakının BRICS-ə qoşulmaqla bağlı müraciətini dəstəkləyir

Rusiya XİN: Moskva Bakının BRICS-ə qoşulmaqla bağlı müraciətini dəstəkləyir

“Moskva Bakının BRICS-ə qoşulmaqla bağlı müraciətini dəstəkləyir”.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.

Azərbaycanın BRICS-ə qoşulmaqla bağlı müraciətini şərh edən diplomat qeyd edib ki, Moskva Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciətini dəstəkləyir. “Biz hesab edirik ki, bu, çox güclü namizəddir və o, BRICS-ə qoşulmaqla, şübhəsiz ki, özü ilə BRICS-ə xas olan həm əlavə dinamika, həm də unikal təcrübə, o cümlədən bir çox gündəmlər üzrə konstruktiv iş təcrübəsi gətirəcək” - deyə o bildirib.

Rusiya xarici işlər nazirinin müavini həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda keçiriləcək BRICS sammitinə dəvət edildiyini də vurğulayıb. “Möhtərəm Prezident İlham Əliyevin dəvət olunduğu Kazanda keçiriləcək sammit üçün biz keçən il Yohannesburqda keçirilən sammitdə verilən tapşırıqlara uyğun olaraq, tərəfdaş dövlətlərin siyahısını da hazırlayacağıq. Müxtəlif imkanlar, fərqli alqoritmlər var. Lakin bir daha biz Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciətini dəstəkləyirik”, - deyə nazir müavini əlavə edib.

S.Ryabkovun sözlərinə görə, BRICS-in mahiyyəti təzyiq və şantajın inkar edilməsi və beynəlxalq hüququn prinsip və normalarına hörmət edilməsidir. “Bütün bunlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə bu ölkənin həyata keçirdiyi siyasətlə tam üstə-üstə düşür. Azərbaycanla çox gözəl münasibətlərimiz var. Düşünürəm ki, BRICS-ə doğru hərəkət və BRICS-lə yaxınlaşma davam edəcək. Lakin eyni zamanda qeyd etmək istəyirəm ki, BRICS-də bütün qərarlar konsensus əsasında qəbul edilir. Sədrlikdən çox şey asılıdır, amma hər şey deyil”, - deyə nazir müavini yekunlaşdırıb.

Fəridə Abdullayeva

Moskva

Mənbə: AZƏRTAC

Seçilən
36
3
ilk.az

4Mənbələr