AZ

Rusiya müdafiə nazirinin daha bir keçmiş müavininə cinayət işi açılıb

Yayımlandı: 30 Avqust 2024 11:58 Pavel Popov külli miqdarda dələduzluqda ittiham olunur Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popova qarşı cinayət işi başlanıb. Pavel Popov Cinayət Məcəlləsinin 159-cu maddəsi (bir qrup şəxs tərəfindən törədilmiş xüsusilə külli miqdarda dələduzluq) edilir. Onun “Patriot” Parkında ev tikərkən mənimsəmələrə yol verdiyi bildirilir. “2021-2024-cü illərdə “Patriot” Parkının inkişafı, saxlanması və istismarına cavabdeh olan Popov, parkın direktoru Vyaçeslav Əhmədov və Müdafiə Nazirliyinin İnnovativ İnkişaf üzrə Baş İdarəsinin rəis müavini Vladimir Şesterov cinayət məsuliyyətinə cəlb ediliblər. Bundan başqa, Popov tabeliyində olan şəxslər vasitəsilə “Patriot” Parkla müqavilə əlaqəsi olan kommersiya təşkilatlarının rəhbərlərini pulunu ödəmədən öz bağ mənzillərində tikinti-quraşdırma işləri aparmağa məcbur edib”, – deyə istintaqın məlumatında deyilir. Pavel Popov. Foto: Wiki Həmçinin, istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Popov və onun ailə üzvləri evləri olan göstərilən torpaq sahəsi ilə yanaşı, Moskva vilayətinin və Rusiyanın ən yaxşı ərazilərində çoxsaylı daşınmaz əmlaka sahibdirlər: “Bu obyektlərin ümumi dəyəri 500 milyon rubldan çoxdur. Göstərilən əmlakın əldə edilməsinin qanuniliyi cinayət işi çərçivəsində də yoxlanılır”. 2024-cü ilin mayında Rusiyanın müdafiə naziri Sergey Şoyqunun istefasından sonra 4 general saxlanılıb: müdafiə nazirinin keçmiş müavini, ordu generalı Dmitri Bulqakov, Müdafiə Nazirliyinin keçmiş rəis müavini Timur İvanov, Baş kadrlar idarəsinin rəisi Yuri Kuznetsov, Baş rabitə idarəsinin rəisi Vadim Şamarin və 58-ci Ordunun keçmiş komandiri İvan Popov. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
38
xural.com

10Mənbələr