AZ

Taksi sürücülərinin diqqətinə: Növbəti imtahanın tarixi açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 25 avqust 2024-cü il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib. İmtahanda iştirak etmək üçün 1434 namizəd qeydiyyatdan keçib. Onlardan 1394 nəfəri imtahana gəlib. Nəticələrə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

DİM-dən "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, imtahandan keçə bilməyən sürücülər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanları mütəmadi olaraq keçiriləcək.

Məlumatda bildirilib ki,taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı oktyabr-noyabr aylarında keçiriləcəyinin nəzərdə tutulub.

Qeyd edək ki, avqustun 25-də keçirilən imtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

Gülcahan Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
operativmedia.az

10Mənbələr