AZ

Masallıda ailəsindən ayrılan kişi özünü asdı, təsadüf nəticəsində sağ qaldı

Masallıda intihara cəhd hadisəsi olub.

Rayon sakini olan 52 yaşlı Həsən Yusifov (ad və soyad şərti) yaşadığı evdə özünü asıb. Lakin təsadüfən evdə olan oğlu onun bu əməlinin qarşısı alıb və atasının həyatını xilas edib.

Məlumata görə, Həsən Yusifovun intihara cəhd etməsinin səbəbi ailəsindən ayrılması olub. Belə ki, ailə üzvləri ondan ayrılıb və o, evdə tək yaşayıb. Bundan bezən kişi özünü asıb. Lakin həmin an atasına baş çəkməyə gələn oğlu həm də onun xilaskarı olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Aqreqator
Seçilən
106
12
oxu.az

10Mənbələr