“1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərini 22 beynəlxalq media qurumunun nümayəndələri izləyir”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, yerli media kimi beynəlxalq media nümayəndələri də seçki prosesini izləyə və müşahidəçilərdən müsahibələr götürə bilərlər: “Bu gün media nümayəndələrinin aktiv olması mühümdür".
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə 56 məntəqə üzrə 42 min nəfər səsvermədə iştirak edəcək”.
Müəllif: Səbinə Hüseynli