AZ

Xankəndinin su şəbəkəsi tam bərpa edilib

Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumatda Xankəndi işğaldan azad edildikdən sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işlərinin aparıldığı və şəhərdə su təsərrüfatının bərpa olunduğu bildirilib. 

Qeyd edilib ki, Xankəndidə 2 sutə­mizləyici qurğu kompleksi fəaliyyətdədir. 1 saylı kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 saylı kompleksin su təchi­zatını isə Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 subar­tezian quyusu mövcuddur. Fəaliyyəti bərpa olunan 1 saylı sutəmizləyici qurğu vasitə­silə gündəlik 8 min kubmetr su təmizlənir. Bunun nəticəsində şəhər fasiləsiz su ilə təmin edilir.

Su təmizləyici qurğular vasitəsilə su­yun təmizlənərək Xankəndi şəbəkəsinə nəqli həyata keçirilir. Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
33
xalqqazeti.az

10Mənbələr