70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağı və tərəfdarları bir sıra seçki məntəqələrində təxribatlar törətməyə cəhd ediblər.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, vəkilləri ilə məntəqlərə daxil olan və səsvermə prosesinin gedişini pozan V.Nağı məntəqə seçki komissiyası rəhbərlərini təhqir etməkdən də çəkinməyib. O, lazımı qədər səs almadığını görüncə, seçicilər və Azərbaycan xalqının ünvanına da təhqirlər yağdırıb.
Məntəqələrdən birində isə V.Nağı vaxtilə deputatlığa namizəd olmuş Hüseyn Qurbanova hücum etməkdən belə çəkinməyib. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, V.Nağı "Şərəfsiz" deyərək, H.Qurbanovu təhqir edir, ardınca telefonla burnundan itələyir, daha sonra isə ona şillə vurur. H.Qurbanov da öz növbəsində V.Nağıya eyni şəkildə qarşılıq verir.
Hadisədən sonra sosial şəbəkədə canlı yayım açan V.Nağı Azərbaycan xalqının ünvanına aşağılayıcı ifadələr səsləndirib.
Qeyd edək ki, artıq Nefçaladakı seçki məntəqəllərində baş verən təxribatlar protokollaşdırılıb və dairə seçki kommissiyasına təqdim edilib.
Neftçalada seçki məntəqəsində baş verən insidentin görüntülərini təqdim edirik:
Zaur
BakuPost