Bakı. Trend:
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Trend xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydəalınıb.
Almaz Əliyeva idarə etdiyi "Toyota RAV 4" markalı avtomobillə1963-cü il təvəllüdlü Lazım Talıbovu vurub. Piyada aldığıxəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.