AZ

Rüxsarə Əliyevanın bacısı həbs edildi

Bu gün, 15:42



Bakı İqtisadiyyat və Humanitar Kollecinin sabiq direktoru Rüxsarə Əliyevanın bacısı Səadət Əliyeva həbs edilib.Həmin kollecdə laboratoriya müdiri vəzifəsində çalışmış S.Əliyeva avqustun 29-u Naxçıvan MR Şərur Rayon Məhkəməsində qandallanıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.AvroMedia.az xəbər verir ki,məhkəmənin hökmü ilə Səadət Əliyevaya 2 il 2 ay həbs cəzası verilib.Bildirilib ki, S.Əliyeva daha əvvəl də dələduzluq əməlində təqsirləndirilib. Lakin 2022-ci ildə məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası verib və üzərinə elektron qolbaq taxılıb. Lakin daha sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi hüquq-mühafizə orqanlarına müraciət edərək Səadət Əliyevanın ona qarşı da dələduzluq etdiyini bildirib. Bundan sonra S.Əliyevaya yenidən cinayət işi açılıb. Məlum olub ki, o, xanım tələbəni Bakıda İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə köçürəcəyini yalandan vəd edərək 8500 manat alıb.скачать dle 12.1

Seçilən
9
1
avromedia.az

2Mənbələr