AZ

Yüzlərlə tələbə Naxçıvandan Bakıya gələ bilmir “AZAL”-da bilət yoxdur deyirlər….

Azərbaycan Hava Yolları şirkəti (AZAL) Bakı- Naxçıvan və Naxçıvan-Bakı reyslər üçün yenidən bilet qıtlığı yaranıb.

XALQ.AZ məlumat verir ki, yeni tədris ilinin başlanmasına az müddət qaldığı üçün Naxçıvandan Bakıya qayıda bilməyən yüzlərlə tələbə var, onlar Bakıya gəlmək üçün bilet tapa bilmədiyini bildirirlər.

Şirkətin Nizami küçəsindəki satış ofisinin qarşısına hər gün növbə yaranır.  Bakıdan Naxçıvana gedən sərnişinlərin bir qismi uçuş biletləri tapsalarda əksəriyyəti günlərlə bilet tapa bilmirlər.  Bəzi turizm şirkətlərində  Naxçıvandan Bakıya dönüş bilətləri tapmaq mümkün olsada çox baha qiymətə satılıldığı məlumatda qeyd olunur.

Anacaq Bakıdan almalısan bileti Naxçıvanda bu çox müşkül məsləyə çevrilib.

AZAL əlavə reyslərin uçuşlarını təmin etsədə görünür bu yetərli deyil.

Bu məsələ ilə bağlı “AZAL”-a sorğumuz cavabsız qaldı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
xalq.az

1Mənbələr