ABŞ-nin Xəzinə Departamenti “Rossiya Seqodniya” media qrupuna və onun tabeliyində olan “RIA Novosti”, RT, “TV-Novosti”, “Ruptly” və “Sputnik” media təşkilatlarına qarşı sanksiya tətbiq edib.
AZƏRTAC-ın departamentə istinadla verdiyi məlumata görə, qurum sözügedən media strukturlarını ABŞ-da prezident seçkilərinə müdaxilə və seçicilərin ABŞ-dakı seçki prosesinə etimadını qırmağa cəhddə ittiham edir.
Sanksiya siyahısına, həmçinin RT-nin baş direktoru Marqarita Simonyan, onun müavinləri Yelizaveta Brodskaya, Andrey Kiyaşko və Anton Anisimov və digərləri daxil olmaqla 10 nəfərin adı daxil edilib.
Məlumatda bildirilir ki, RT-nin əməkdaşları Rusiya maraqlarını müdafiə edən videomaterialların hazırlanması üçün təxminən 10 milyon dollar vəsait sərf edib.
Sanksiya, həmçinin “RaHDit” haker qrupu və onun rəhbəri, Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksey Qeraşenkoya da tətbiq edilib. Sanksiyanın nəticəsi olaraq, təşkilat və şəxslərin Birləşmiş Ştatlarda olan və ya ABŞ-da olan şəxslərinin mülkiyyətində və ya nəzarətində olan bütün əmlak və əmlak maraqları bloklanacaq.
Məlahət Nəcəfova
Vaşinqton
Mənbə: AZƏRTAC