AZ

Ermənistan delimitasiya ƏSASNAMƏSİNİ qəbul etdi

Ermənistan Nazirlər Kabinetinin iclasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında Əsasnamə qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Sənəd müzakirəsiz qəbul edilib.

 

Qeyd edək ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni imzalayıb.

 

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.

 

Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
42
modern.az

10Mənbələr