AZ

Pənah Hüseyndən istefası ilə bağlı yeni AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Azadlıq Radiosu”na müsahibəsində qeyd edib ki, o, seçkilərin nəticələrinə və vəziyyətə etiraz olaraq partiya sədrliyindən istefa verə bilər: “Yaxın günlərdə qərarımı elan edəcəm. Həmçinin Xalq Partiyasına da təklif irəli sürəcəm ki, öz fəaliyyətini dayandırmaq haqqında qərar qəbul etsin və qurultay çağırsın”.

Bu prosesin nə zaman baş tutacağı ilə bağlı danışan Pənah Hüseyn deyib ki, həmin məsələdə digər müxalif və siyasi partiyaların rəhbərlərinin və özünün konkret məsuliyyəti var:

“İstefa verməyi düşünürəm və bununla bağlı partiyanın idarə heyətində müzakirə aparılacaq. Antidemokratik seçki situasiyasının yaranmasında digər siyasi partiyalar və AXP sədri kimi mənim də məsuliyyət payım var. Konstitusiya Məhkəməsi yekun qərarları verdikdən sonra bu məsələni idarə heyətinin iclasına çıxaracam. Bu açıqlamamın ardınca dünəndən partiya üzvlərindən zənglər gəlir, məsələ ilə bağlı narahatlıqlarını bildiriblər. 2019-cu ildən bəri davam edən prosesdir əslində. Reformalar, islahatlar gözləntisi var idi. Bu istiqamətdə müəyyən fəaliyyətim olub. Sentyabrın 1-də baş tutan seçki isə həmin xəttin uğursuzluğunu göstərdi”.

Pənah Hüseynin sözlərinə görə, çoxpartiyalı seçki sistemi bərpa olunmursa, minimal standartlara cavab verən şəraiti yoxdursa, real siyasi partiya fəaliyyətinə də ehtiyac yoxdur:

“Yanvar ayında qurultayın çağırılmasını təklif edirəm. O vaxta qədər bələdiyyə seçkiləri də olacaq. Burada iştirak edib-etməmək haqqında da ətraflı müzakirələr getməlidir”./Globalinfo.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
8
referans.az

7Mənbələr