AZ

Daha bir qanunsuz tikili söküldü - VİDEO

Göygöl rayonunun Yeni Qızılca kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa olunan qanunsuz tikili sökülüb. 

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən Yeni Qızılca kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Seçilən
131
26
day.az

10Mənbələr