AZ

Ölkəmiz beynəlxalq festivalda təmsil olunacaq

Moskvadakı Rusiya Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində sentyabrın 15-də “Dütar sədaları” VIII festivalına doğru” adlı konsert keçiriləcək. Konsertdə Azərbaycandan incəsənət ustaları iştirak edəcəklər.

Bakıvaxtı.az konsertin təşkilatçılarına istinadla xəbər verir ki, bu tədbirdə festivalın münsiflər heyətinin üzvləri və müxtəlif illərdə musiqi müsabiqələrinin laureatı olmuş musiqiçilər çıxış edəcəklər. “Dütarın sədaları” VIII Moskva Beynəlxalq İncəsənət Festivalı oktyabrın 28-dən noyabrın 3-dək təşkil olunacaq.

Keçən festivallarda Azərbaycan, Qvatemala, Almaniya, İran, Qazaxıstan, Çin, BƏƏ, Rusiya, Sloveniya, ABŞ, Türkmənistan, Türkiyə, Özbəkistan, Fransa, Cənubi Koreya, Yaponiya və digər ölkələrdən 1000-dən çox ifaçı-musiqiçi, o cümlədən xoreoqrafiya və xor kollektivləri iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
bakivaxti.az

3Mənbələr