AZ

İşığı dondurmaq mümkündür –Alimlərdən mühüm kəşf

Alman fizikləri işığı dondurmağın yolunu tapıblar.

Azpost.info bildirir ki, Andreas Redmanın başçılıq etdiyi böyük bir qrup və Bonn Universitetinin fizikləri maraqlı eksperiment keçiriblər. Almaniya alimlərinin əldə etdikləri uğurlu nəticələr “Physical Review Letters” elmi jurnalında dərc olunub.

Tədqiqatçılar bir ədəd boyadan, eləcə də iki mükəmməl güzgüdən istifadə etməklə tətbiq etdikləri metodlar sayəsində elmi uğur əldə ediblər. Elm adamları mövcud fotonlardan Boze-Eynşteyn kondensatını yarada biliblər. Alimlər bildiriblər ki, yeni elmi kəşf fotonların kvant xassələrini adi insan gözü üçün belə əlçatan səviyyədə müşahidə etməyə imkanı verir, həmçinin də mürəkkəb kvant hallarının öyrənilməsi və yaradılması yolunda elm aləminə uğur gətirəcək yeni perspektivlər açır.

Bu məqalədə yeni kəşf haqqında maraqlı elmi məqamlara toxunulur. Nəşr nəticələr ilə bağlı alimlərin araşdırmalarına istinad etməklə prosesi ümumiləşdirilmiş şəkildə oxuculara təqdim edir.

Məqalədə deyilir: “Elm adamları bu üsulla makromiqyasda kvant effektlərini asan müşahidə etməyə imkan verən və əsasən də fotonik qazın vəziyyətini yaratmaq məqsədi ilə termal vibrasiyaları tamamilə dondurmaq üçün istilikləşdirmə texnikasından da istifadə ediblər. Bu, foton qazının Boze-Eynşteyn kondensatına çevrilməsinə səbəb oldu və daha sonra alimlər öyrəndilər ki, burada bozonların əksəriyyəti tamamilə minimal kvant vəziyyətindədir. Yəni atomları son dərəcə aşağı temperaturlara qədər salıb soyudan optik qəfəslərdən istifadə edən alimlər ənənəvi elmi üsullar əvəzinə işığın 99,997 faizini əks etdirən iki aynadan və fotonları otaq temperaturuna qədər tam soyutmaq üçün ancaq bir ədəd boyadan istifadə ediblər”.

Nəşr yazır ki, eksperimentin uğurla başa çatması üçün sistemdə lazım olan sayda foton yaratmaq, onu saxlamaqdan ötrü fiziklər dalğa uzunluğu 532 nanometrə çatan kvazifasiləsiz lazer şüalanmasından istifadə ediblər. Bu təcrübə isə fotonların “Rhodamine 6G” boyasının məhlulundan istifadə etməklə güzgülər arasında necə tutulduğunu, onların təxminən 27 dərəcə selsiyə qədər soyumasını üzə çıxarıb.

Beləliklə, bu boya otaq temperaturunda Boze-Eynşteyn kondensatı yaratmaqla 579,7-dən 584,1 nanometrə qədər dalğa uzunluğu diapazonuna tam uyğun gələn fotonları udaraq təkrar emissiya edib.

Alman fiziklərinin sözlərinə görə, əslində bu üsulla əldə edilmiş məlumatların elmi nəticələri təsdiq edir ki, praktikada belə kondensatların yaradılması mümkündür və uğurla başa çatmış Bonn eksperimenti XXI əsrdə elm aləmində növbəti bir kəşf kimi kvant sistemlərinin inkişafında yeni imkanlar açacaq.

Oqtay Qorçu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
35
azpost.info

10Mənbələr