AZ

"Atom elektrik stansiyalarına hücumlar yolverilməzdir" - Qrossi

"Atom elektrik stansiyaları yerləşdikləri yerdən asılı olmayaraq, hücum hədəfi olmamalıdır".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Vyanada keçiirlən təşkilatın Rəhbərlər Şurasının növbəti sessiyasında çıxış edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi deyib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişədə nüvə qəzasının qarşısının alınması vacibdir. Stansiyanın harada yerləşməsindən asılı olmayaraq, atom elektrik stansiyasına hücum qəbuledilməzdir:

"Kursk AES-də vəziyyət ciddi olaraq qalır. Ukraynadakı münaqişə nüvə təhlükəsizliyini və stansiyanın təhlükəsizliyini təhlükə altına saldığı müddət ərzində  Zaporojye atom elektrik stansiyası reaktoru yenidən işə salınmayacaq. Nüvə təhlükəsizliyini təmin etmək üçün heç bir halda atom elektrik stansiyalarına hücum etməmək prinsipi açıq şəkildə tətbiq olunur".

Qeyd edək ki, Zaporojye AES 2022-ci ilin fevral ayının sonundan Rusiyanın nəzarətindədir. Həmin ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin stansiyanın obyektlərinin federal mülkiyyətə alınması və "Zaporojye AES" Federal Dövlət Unitar Müəssisəsinin yaradılması barədə göstəriş verib. 

Gülşən Şərif

Seçilən
100
7
bakivaxti.az

10Mənbələr