AZ

Toya gedənlərə XƏBƏRDARLIQ - Bu yeməklər zəhərləyir

Bu gün, 15:35



Artıq Məhərrəm ayı bitib, toy məclisləri yenidən qızışıb. Ərzaq qiymətləri qalxdığı üçün əksər şadlıq sarayları menyu qiymətlərini bir qədər artırıb.Lakin diqqətdən qaçmayan bir məqam var. Bəzi şadlıq evləri qiymətlərdə heç bir dəyişiklik etməyib. Bu isə cəmiyyətdə müzakirə yaradır. Bəzən sosial şəbəkə istifadəçilər iddia edir ki, bu cür şadlıq saraylarında ötən gündən qalma yeməklər süfrəyə düzülür.Bəs süfrəyə düzülüb 8 saat masada qalan salatları növbəti gün süfrəyə qoymaq olarmı? Bu cür qidaları yeyən insanları hansı təhlükə gözləyir?AvroMedia.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan qida eksperti Ağa Salamov bildirib ki, şadlıq saraylarında qiymət artımı süni qiymət artımı ilə əlaqəlidir:“Süni qiymət artımı davam edir. Bu, qlobal problemdir və Azərbaycanda da özünü göstərir. Qida və qida məhsullarında da qiymət artımı baş verir. Təbii ki, bu, süni qiymət artımıdır. Bu gün bazarda kim hansı qiyməti istəyirsə, onu da qoyur. Bəzən bir günə də qiymət dəyişə bilir, bu gün kilosunu 4 manata aldığın pomidor, sabah 6 manata satıla bilir. Bu özbaşınalıq, işbazlıq olduğu üçün vəziyyət belə davam edəcək.Şadlıq evləri də təbii ki, ərzaq almaq üçün maliyyə xərcləri çəkir. Ət, tərəvəz qiymətləri də günü-gündən artır və bu qıtlıq kimi qiymətləndirilir. Bu da süni qıtlıqdır. Marağı kənd təsərrüfatına yönləndirməklə süni qıtlığın qarşısını almaq mümkündür.Şadlıq evlərində artan qiymətlər isə birbaşa ərzaq qiymətlərinin artması ilə əlaqəlidir. Şadlıq evinin sahibi aldığı qidaların pulunu hesablayır və menyü qiyməti tərtib edir. Bu qiymət 50-60 manatdan başlayıb 200-250 manata qədər arta bilir. Məsləhət görərdim ki, hərə öz yorğanına görə ayağını uzatsın, “qonşudan qalma dala” prinsipindən uzaq durmaq lazımdır.Ən yaxşısı insanların çox xərc çəkmədən, özlərinin hazırladığı qidalarla etdiyi “palatka” toylarıdır.Şadlıq evlərində isə inzibatçılar, baş aşpaz tərəfindən güclü nəzarət olmalıdır. Məhsullar gigiyenik qaydalara, qida təhlükəsizliyi standartlarına uyğun olmalıdır”.Ekspert qeyd edib ki, şadlıq evlərində süfrəyə düzülərək saatlarla masada qalan bəzi qidalar təhlükə saçır:“Bəzən görürük ki, şadlıq evlərində masaya gətirilən qidalar saatlarla masada qalır. Bu isə düzgün deyil. Tərkibində yumurta, mayonez olan qidaları, toyuq qrillərini, balığı qonaqların gəlməsinə 1 saat qalmış süfrəyə düzmək daha məqsədəuyğundur, nəinki 3-4 saat əvvəldən hər şeyi hazır etmək.Şadlıq evi işçiləri işlərini rahatlaşdırmaq üçün yeməkləri günortadan süfrəyə düzürlər. Bu isə düzgün deyil.Bəzi şadlıq evləri ötən gündən qalma yeməkləri sabahkı gün yenidən qonaqlara təqdim edir. Bunu hər yerə şamil etmək olmaz, amma belə edənlər də var. Onlar əl dəyilməmiş məhsulları növbəti gün isidib yenidən süfrəyə təqdim edirlər. Bu isə doğru deyil. Məsələn, toyuğun bişiriləndən sonra növbəti dəfə isidilib süfrəyə qoyulması düzgün deyil. Bu məhsullarla ehtiyyatlı olmaq lazımdır.Salatların masanın üzərində saatlarla qalması belə düzgün deyil. Saat 3-4 dən salatlar masaya düzlür qonaqlar gəlir, aradan uzun saatlar keçir, amma salat hələ də süfrədə olur. Nəzərə almaq lazımdır ki, artıq 2 saatdan sonra həmin qidalar bioloji çirklənməyə məruz qalır. Bəzən bu, toylarda kütləvi zəhərlənməyə qədər gətirib çıxarır. Toy sahibləri özləri də bu məsələyə diqqət etməlidir, məhsulların nə zaman süfrəyə qoyulduğuna nəzarət etməlidirlər”.скачать dle 12.1

Seçilən
6
avromedia.az

1Mənbələr