AZ

“Qaradağ Lökbatan” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

I Liqada mübarizə aparan “Qaradağ Lökbatan” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Lökbatandakı Olimpiya İdman Kompleksində baş tutan seminarda UEFA-nın oyunların toxunulmazığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici, hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

"Qarabağ" daha bir legionerini göndərdi

U-21 millimizin heyətində dəyişiklik olub

Millimiz yenə məğlub olub

"Qarabağ"ın təxirə salınmış matçının vaxtı bilindi

Premyer Liqa: VII turun oyun cədvəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
12
apasport.az

10Mənbələr