AZ

Türkiyənin sement ixracı azalıb

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalaraq 2 milyard 889 milyon dollara düşüb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, yalnız avqust ayında Türkiyə sement ixracı 364 milyon dollar təşkil edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 7,8 faiz azalma deməkdir.

Nazirlik həmçinin qeyd edib ki, son 12 ay ərzində, yəni 2023-cü ilin avqustundan 2024-cü ilin avqustuna qədər Türkiyə ümumilikdə 4 milyard 333 milyon dollar dəyərində sement məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
22
fins.az

10Mənbələr