AZ

Kim Çen In: Ordu nüvə silahından istifadə etməyə hazır olmalıdır

Şimali Koreya lideri Kim Çen In respublikanın yaranmasının 76-cı ildönümü münasibətilə bildirib ki, ölkənin silahlı qüvvələri təhlükəsizlik maraqlarını qorumaq üçün istənilən vaxt nüvə imkanlarından istifadə etməyə hazır olmalıdır.

Herbiand.az xəbər verir ki, onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi sitat gətirib.

Kim Çen In deyib ki, təhlükəsizlik vəziyyəti Pxenyanın hərbi gücünü inkişaf etdirməsini tələb edir. “Aydın nəticə ondan ibarətdir ki, ölkənin nüvə imkanları diqqətlə təmin edilməli və dövlətin təhlükəsizliyini qorumaq üçün istənilən vaxt istifadəyə hazır olmalıdır”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ölkəsi hazırda “nüvə başlıqlarının sayını eksponent olaraq artırmaq” siyasəti yürüdür: “Şimali Koreya məsuliyyətli nüvə dövlətidir. Nüvə silahı özünümüdafiə üçün istifadə olunur və başqaları üçün təhlükə yaratmır”, - deyə siyasətçi qeyd edib.

Eyni zamanda, əlavə edib ki, Şimali Koreyanın nüvə silahlarını təhlükə adlandıran qüvvələr özləri Pxenyana qarşı “düşmən planları” bəsləyir, o cümlədən nüvə zərbəsi endirmək niyyətindədirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
herbiand.az

6Mənbələr