AZ

Paşinyan bu gün yenə sülh müqaviləsindən danışdı: “Konstitusiya Məhkəməsinə göndərilib”

““İrəvan dialoqu” beynəlxalq və regional gündəlikdəki məsələlərin müzakirəsi, fikir mübadiləsi və ideyaların irəli sürülməsi üçün mühüm platformadır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq konfransında çıxışı zamanı deyib.

O deyib: “Mən bu auditoriyanı ən çox maraqlandıran suala müraciət etmək istəyirəm: Cənubi Qafqaz regionunda davamlı və sabit sülh mümkündürmü və bu realdırmı? Bu, təkcə bizim cavab verməməli olduğumz sualdır. Sual bizə də aid olduğu üçün cavab verməyə çalışacağam.

Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır. Mən bir neçə əsas məqamda mövqeyimizi əsaslandırmağa çalışacağam.

Mən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara müraciət etməliyəm. Çox eşitmisiniz ki, saziş layihəsinin 80 faizi razılaşdırılıb. İndiyə qədər mövcud olan nəticələrə əsasən, 13 bənd  tam razılaşdırılıb. İki cümlədən ibarət daha 3 maddə qismən razılaşdırılıb. Bu maddələrdəki təkliflərdən biri razılaşdırılıb, digəri razılaşdırılmayıb.

Nəzərə alaq ki, razılaşdırılmış müddəalar bütün beynəlxalq səviyyədə tanınmış və ya münasibətlərin qurulması üçün əsas, təməl daşı müddəaları əhatə edir. Biz təklif edirik ki, hazırda razılaşdırılanları götürək, imzalayaq, əsas sənədimiz olsun və sonra digər məsələlər üzrə müzakirələr davam etdirilsin. 

Üstəlik, sülh müqaviləsinin razılaşdırılmış maddələrindən biri hər iki tərəfə birgə mexanizm vasitəsilə müzakirələri davam etdirməyə imkan verəcək mexanizm nəzərdə tutur. Sülh müqaviləsinin razılaşdırılmış hissəsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan faktı demirəm. Biz bu təklifi açıq və rəsmi şəkildə vermişik. Mən yaxın gələcəkdə razılaşdırılmış sülh və münasibətlərin qurulması haqqında sazişin mətnini imzalamağa hazır olduğumu bildirirəm”.

Paşinyanın sözlərinə görə, növbəti mühüm mövzu sərhədlərin müəyyən edilməsi prosesidir ki, bu prosesdə də əhəmiyyətli dəyişiklik baş verir.

“Bu dəyişiklik Ermənistan və Azərbaycanın müvafiq komissiyalarının bu yaxınlarda sərhədlərin demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə imzalanmasında özünü göstərir. Bu reqlamentdə tərəflərin 19 aprel tarixli bəyanatnda qeyd olunanlar öz əksini tapıb.

Yəni Almatı Bəyannaməsi delimitasiya prosesinin əsas prinsipi kimi təsbit olunub və delimitasiya prosesində tərəflərin məhz bu bəyannaməni rəhbər tutacağı bildirilir.

Hazırda reqlamentlərin dövlətdaxili prosedurlara uyğunlaşdırılması prosesi gedir. Əminəm ki, Ermənistanda biz bunu başa çatdırmaq üçün mümkün olan hər şeyi edəcəyik. Hökumət layihəni qəbul edib və konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə göndərib”, - Paşinyan vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
cebheinfo.az

10Mənbələr