AZ

SON DƏQİQƏ! "Səni axtarıram" da axtarılan məşhur Rasim ölü tapıldı - FOTO

2024-cü il iyun ayında Bakıda 53 yaşlı Məmmədov Rasim Məmmədtağı oğlu itkin düşmüşdü.   Manset.az-ın məlumatına görə, Rasimin axtarışı ilə bağlı bacısı Aidə "Səni Axtarıram" verilişinə müraciət etmişdi. Bacısının sözlərinə görə, Rasimin psixoloji problemləri olub. Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bildirir ki, iyunun 30-da bir balıqçı Qızıldaş qəsəbəsinin Korgöz qəsəbəsində meyit tapıb. Balıqçı bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Meyit tanınmaz halda olub. Avqust ayında Rasimin bacısına zəng vurulub. Bacısından DNK testi götürülür. Tapılan meyitin Rasim Məmmədova aid olduğu təsdiq olunur. Ətraflı süjetdə:  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
10
manset.az

10Mənbələr