AZ

Ramiz Zeynalovun sabiq icra başçısı olan qardaşı vəfat etdi

Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov vəfat edib.

İqtisadiyyat.az oxu.az-a istinadən xəbər verir ki, o 80 yaşında dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Tofiq Zeynalovun həkiməqədər ölüm faktı qeydə alınıb.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11 sentyabr saat 13:00-da Binəqədi rayonu ərazisindən 80 yaşlı şəxsin (kişi cinsli) ölümünün təsdiqlənməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb"- deyə məlumatda bildirilir.

Qeyd edək ki, Tofiq Zeynalov 2007-2018-ci illərdə Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı olub. O, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.

Seçilən
45
42
iqtisadiyyat.az

10Mənbələr