AZ

İlqar Məmmədov partiya sədrliyindən istefa verdi

REAL partiyasının sədri İlqar Məmmədov istefa verib.

 

Senzor.az bildirir ki, bu barədə o, özünün Facebook hesabında yazıb.

 

“MSK bugün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək” - İlqar Məmmədov yazıb.

 

Qeyd edək ki, İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən deputatlığa namizəd olub. Həmin dairədə Asim Mollazadə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
49
senzor.az

10Mənbələr