“Sumqayıt”dan ayrılan serbiyalı Slaviş Radoviçin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Serbiya təmsilçisi “Radniçki”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Radoviç ilə 1 illik müqavilə imzalanıb.
“Sumqayıt” müdafiəçini bu ilin iyulunda heyətinə qatmışdı. Radoviç “kimyaçılar”la Premyer Liqada 4 oyunda meydana çıxıb.