AZ

Bu ölkə faiz dərəcəsini 17,50 %-ə ENDİRDİ

Pakistanda inflyasiya göstəricilərinin soyumasından sonra siyasət faizi gözləniləndən daha aşağı endirilib.

News24.az Bloomberg-ə istinadən xəbər verir ki, Pakistan Mərkəzi Bankı ardıcıl üçüncü dəfə faiz dərəcəsini aşağı salıb. Son iclasda bank uçot dərəcəsini 17,50 faizə endirib. İqtisadçıların gözləntisi faiz dərəcəsinin 18 faizə endirilməsi idi.

Mərkəzi Bankdan verilən açıqlamada deyilir:

"Pul Siyasəti Komitəsi, real faiz dərəcəsinin hələ də inflyasiyanın orta müddətli hədəf səviyyəsi olan 5-7 faiz səviyyəsinə endirilməsi və makroiqtisadi sabitliyin təmin edilməsinə kömək edəcək qədər müsbət olduğunu qiymətləndirib".

Düşən inflyasiya Mərkəzi Bankın iyun ayından etibarən faiz dərəcələrini 450 baza bəndi azaltmasına və iqtisadi artımı dəstəkləməsinə kömək edib.

Onu da qeyd edək ki, qiymət artımları keçən ay demək olar ki, üç ilin ən aşağı səviyyəsinə düşüb.

Günel Məlikzadə

Seçilən
88
11
news24.az

10Mənbələr