Hindistan polisi dünən Mandya rayonunda keçirilən “Qanpati” paradında qarşıdurma olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.
Karnataka ştatının daxili işlər naziri Q.Parmeşvar parad zamanı fil başlı hindu tanrısı Qaneşa bütünə daş atıldığını və hazırda vəziyyətin nəzarət altında olduğunu bildirib.
Bir qrup hindu gənci paradda gəzdirdikləri Qaneşa heykəlini bölgədəki polis idarəsinin qarşısına qoyarkən, digər qrup isə təkərləri və bəzi mağazaları yandırıb.
Polisin müdaxilə etdiyi hadisədə əlbəyaxa davada iştirak etdiyi iddia edilən 52 nəfər saxlanılıb.
Saxlanılanların ailələri rayonda polis idarəsinin qarşısına toplaşaraq yaxınlarının azadlığa buraxılmasını tələb ediblər.