AZ

Litva hər il Ukraynaya 190 milyon avro yardım ayıracaq

“Hazırda Ukraynaya göstərdiyimiz dəstək 1,5 milyard avro təşkil edir ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 2 faizi həcmindədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda “X” hesabında yazıb.

    Nausedanın sözlərinə görə, həmin məbləğin 647 milyon avrosu hərbi məqsədlərə yönəldilib.

    Litva dövlət başçısı ölkəsinin hər il Ukraynaya ÜDM-in 0,25 faizi, başqa sözlə desək, 190 milyon avro həcmində yardım göstərəcəyini də vurğulayıb.

    O, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşünü xatırladıb və bildirib ki, ölkəsi qələbəyədək Ukraynanın yanında olacaq.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    8
    2
    bakivaxti.az

    3Mənbələr