AZ

Maya Sandunun prezident seçkilərində namizədliyi qeydə alınıb

Moldovanın hazırkı rəhbəri Maya Sandunun oktyabrın 20-də keçiriləcək prezident seçkilərində namizədliyi qeydə alınıb.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar layihəsində deyilir.

Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Vadim Filipov “Facebook” səhifəsində yayımlanan iclasda sənədi oxuyub.

“Hərəkət və Həmrəylik Partiyası tərəfindən namizədliyi irəli sürülən Maya Sandu 2024-cü il oktyabrın 20-də keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınsın”, - o qeyd edib.

Seçilən
57
4
ikisahil.az

5Mənbələr