Litva Ukraynaya təhvil vermək üçün qısa mənzilli hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə onun litvalı həmkarı Gitanas Nauseda Ukrayna prezidenti Vladimir Zelenskiyə Kiyevə səfəri zamanı bildirib.
"Litva Ukraynaya veriləcək qısa mənzilli hava hücumundan müdafiə sistemlərini əldə etmək imkanlarını axtarır", - Litva lideri bildirib.
Vilnüsün Ukraynanın uzaqmənzilli silahlarının hazırlanmasına 10 milyon avro sərmayə qoymağı planlaşdırdığı da təsdiqlənib. Aydın olur ki, bunlara Palyanitsa dron raketləri də daxildir. Nauseda Litvanın prioritetinin Ukraynaya hərbi yardım olduğunu vurğulayıb.
Litva lideri həmçinin xatırladıb ki, Ukrayna münaqişəsi başlayandan bəri Vilnüs Kiyevə ÜDM-in 2%-i həcmində yardım ayırıb. Nauseda həmçinin qeyd edib ki, Litva Ukraynaya illik əsasda ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərməyə davam edəcək ki, bu da təxminən 190 milyon avroya bərabərdir.
Bir gün əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov Litva hökumətinin Ukraynaya uzaqmənzilli silahların, xüsusən də “Palyanitsa” pilotsuz uçan aparatlarının istehsalının inkişafı üçün 10 milyon avro ayırdığını açıqlamışdı.
Bundan əvvəl Litva Xarici İşlər Nazirliyinin rəhbəri NATO-nu Rusiya üçün qırmızı xətlər qoymağa çağırıb.
Nigar