AZ

UEFA AFFA rəsmisini Litvaya göndərir

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək "Jalgiris" (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.
 
Qarşılaşmanı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.
 
Qeyd edək ki, Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

Seçilən
101
41
sport24.az

10Mənbələr