AZ

Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb

“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur. Digər yarışlar isə stasionar yerlərdə keçirilir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Formula 1 üzrə beynəlxalq dərəcəli hakim Anar Şükürov Bakının 8-ci dəfə ev sahibliyi edəcəyi Qran-Pri barədə danışarkən deyib. O, şəhər küçələrində yürüşlərin olmasının pilotlara çətinlik, tamaşaçılara isə xoş əhvali-ruhiyyə yaradığını bildirib: “Formula 1 yarışı hər zaman bütün dünyanın diqqətində olub. Hər il yeni qalibin olması marağı daha da artırır. Bakıda baş tutmuş yarışda “Red Bull” komandasının meksikalı üzvü Serxio Peres iki dəfə birinci olmağı bacarıb. Qran-prilərə orta hesabla 500-600 milyon adam baxır. Bu da Formula 1-i Olimpiya Oyunlarında olan idman hadisələri ilə eyni sıraya qoymuş olur. Yarış faktiki olaraq futbol üzrə Çempionlar Liqası, NBA, olimpiadaların açılış, bağlanış və kişilər arasında 100 metr məsafəyə qaçış turnirləri istisna olmaqla, digər idman tədbirlərindən baxış sayına görə öndədir. Hazırda ölkəyə olan turist axınında da irəliləyiş var”.

A.Şükürov Azərbaycanın Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər aldığını söyləyib: “Bu cür böyük idman hadisəsinin Azərbaycanda təşkili iqtisadi cəhətdən investorlara müsbət siqnallar verir. Sübut edirik ki, bu ölkədə yarışı təşkil etmək olar. Çünki Formula 1 təhlükəli dövlətlərə verilmir. Bunu bizə layiq görmələri sevindirici haldır”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi-2024 sentyabrın 13-15-də keçiriləcək.

Seçilən
32
4
yeniazerbaycan.com

5Mənbələr