AZ

Lavrov Kursk Atom Elektrik Stansiyasının ərazisində vəziyyəti gərgin adlandırıb

Kursk Atom Elektrik Stansiyasının (AES) ərazisində çox gərgin vəziyyət qalmaqdadır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Kursk AES-in ərazisində vəziyyət çox gərgindir”, – deyə o vurğulayıb.

Lavrov Ukrayna ətrafında vəziyyətin nizamlanması mövzusunda keçirilən səfirlərin dəyirmi masasında Ukrayna Silahlı Qüvvələrinin Leninqrad, Kalinin və Zaporojye AES-ə hücum cəhdlərini davam etdirdiyinə diqqət çəkib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, avqustun 11-də Ukrayna hərbçiləri tərəfindən atəşə tutulduqdan sonra yanğın baş verən zaman Zaporojye atom elektrik stansiyası “sözün əsl mənasında fəlakət astanasında” olub. Həmin gün APU elektrik stansiyasının iki soyuducu qülləsindən birinə ciddi ziyan vurub.

Seçilən
84
7
nocomment.az

10Mənbələr