AZ

Yerli startap layihələrin xarici bazarlara çıxarılmasına dəstək verilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və "Özbahçeci İnvest Club"un təşkilatçılığı ilə "İnvestisiya turu" adlı tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə  Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi deputatı, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti Jalə Əhmədova iştirak edib: "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və "Özbahçeci İnvest Club"un təşkilatçılığı ilə keçirilmiş "İnvestisiya turu" adlı tədbirdə ekspert qismində mən də iştirak etdim.  Dövlət və özəl sektorun, 50-dən çox yerli və xarici investor, iş adamlarının iştirakı ilə baş tutan tədbir Azərbaycanın innovasiya ekosisteminin inkişafına töhfə vermək, yerli startapların layihələrini investorlara təqdim etməsinə və xarici bazarlara çıxmasına dəstək olmaq, əlaqələrini genişləndirmək məqsədilə həyata keçirilib.
Tədbirdə çıxış edərək startaplarla bağlı fikirlərimi bölüşdüm. Ölkəmizdə startap ekosisteminin inkişafı, dövlətin  bu istiqamətdə gördüyü işlər və dəstək tədbirlərinin mühüm əhəmiyyət daşımasından, startapların innovativ sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi sahəsində dövlət-özəl sektor əməkdaşlığının vacibliyindən bəhs etdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
144
olaylar.az

1Mənbələr