AZ

Çin pensiya yaşını qaldırır - 15 ilə qadınlar 58 yaş, kişilər isə...

Çin hökuməti qarşıdakı 15 il ərzində pensya yaşını mərhələli şəkildə artıracaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 15 il ərzində ölkədə pensiya yaş həddi kişilər üçün 63, qadınlar üçün isə 58 yaşa çatdırılacaq.

Yeni qanuna əsasən, pensiya yaş həddi mərhələli şəkildə kişilər üçün 60-dan 63-ə, qadınlar üçünsə 55-dən 58-ə qaldırlacaq: "Yaş həddi hər 5 ildən bir 15 il müddətinə həyata keçiriləəck".

Xəbərdə deyilir ki, əhalisi 2022-ci ildə ilk dəfə azalacaq Çin uzunmüddətli demoqrafik dəyişiklik mərhələsini yaşayır: "Xalq tədricən qocalır və əmək qabiliyyətli əhalinin payı getdikcə azalır. Çində 60 yaşdan yuxarı əhalinin 2035-ci ildə 400 milyona çatacağı proqnozlaşdırlır Bununla belə, ölkədə 16-59 yaşlı əmək qabiliyyətli əhali 2010-2020-ci illər arasında 40 milyon azalaraq 879 milyona düşüb...".

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
36
6
mia.az

10Mənbələr