Bu gün cüdo üzrə Zaqrebdə Qran-prisinə start verilib.
Bakıvaxtı.az xəbər verir ki, turnirin ilk günündə 3 çəkidə 5 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilərin yarışında 4, qadınlarda isə 1 təmsilçimiz iştirak edir.
Cüdo: Zaqreb Qran-prisi
Kişilər
60 kq
Əhməd Yusifov Macarıstan cüdoçusu Marton Andrassini məğlub edib.
Turan Bayramov – Hubert Piezinski (Polşa) – Qabin Supervil (Fransa) cütünün qalibi
66 kq
Ruslan Paşayev – Dani Klacar (Xorvatiya) – Markus Auer (Avstriya) cütünün qalibi
Nazir Talıbov – İsaya Ramires (ABŞ)
Qadınlar
52 kq
Aydan Vəliyeva – Erza Muminoviq (Kosovo)
Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub. /İdman.biz