AZ

Ermənilərin bacarmadığı TƏK şey – Nə yaxşı ki…

Ermənistan tarixinə hansı işarə ilə düşəcəyi bilinməyən Nikol Paşinyana görə, ermənilər yalnız iki şeyi tez etməyi bacarır: maşın sürmək və yemək.
“Digər şeylərdə o qədər də yaxşı deyillər, yaxud dəhşətli dərəcədə ləngdirlər. Biz həyatdan geri qalırıq, ölkə olaraq hər şeydən geri qalırıq”, – Paşinyan gileylənib.
Əslində Paşinyan qarışıq, ermənilərin tələsməli olduğu əsas məsələ bəlli: xəstə təfəkkürdən, “miatsum”dan təcili imtina. Çünki bu, artıq mənfur toplum üçün “olum-ölüm” dilemmasına çevrilib. Bütün yerdə qalan məsələlərdə astagəllik də olar. Amma və lakin…
Erməni mediası yazıb ki, təzəlikcə İrəvanda küçələrdən birinə “artsax qəhrəmanı” Aşot Qulyanın adı verilib. Bakıda doğulan bu yaramaz isə Xocalı vəhşiliklərində və Şuşa şəhərinin işğalında fəallıq göstərənlərdir. 1992-ci ilin avqustunda Heyvəli (ermənilər “Drmbon” deyir) kəndi yaxınlığında gəbərdilib.
Beləcə, ilin-günün bu vaxtında İrəvanda daha bir cəllad və başkəsənin adı əbədiləşdirilir. Görəsən niyə? Paşinyan hökuməti bununla bizə nəyin mesajını və ya siqnalını ötürür?

Əlbəttə ki, nəyin olsa da, sülhpərvərliyin ismarışı-zadı deyil yüz faiz. Əksinə, iqtidarlı-müxalifətli erməni cəmiyyətində davam edən Türkə aşırı nifrətin növbəti təzahürü, bariz sübutudur…
Yada salaq, qonşu ölkədə erməni terrorçularına abidə qoyulması, nasist Qaregin Njdenin Türkə nifrətdən yoğurulan faşist ideologiyasının təbliği Nikol Paşinyan dövründə də davam edib. Ötən il uydurma soyqırımın ildönümündən bir gün sonra (25 aprel, 2023) İrəvanda “Nemezis” abidə kompleksinin açılışını yada salmaq yetər (Njdeyə abidə isə Xocalı hərbi canisi Serj Sərkisyanın prezidentliyi dönəmində, 2016-cı ildə qoyulub. Bu ilin yanvarında abidə ətrafında daşnaklar polisin heç bir müdaxiləsi olmadan faşist salamı verməklə aksiya keçirib).
Terroru “tərənnüm” edən “Nemezis” kompleksinə gəlincə, onun açılış mərasimində iqtidar nümayəndəsi də iştirak və çıxış etmişdi. Az sonra MDB toplantısında verdiyi açıqlamadan məlum oldu ki, Nikol özü də Njde sevdalısıdır, hansı ki, “axırıncı Türk lal, kar da olsa öldürülməlidir!” irqçi şüarını öz mübarizəsində 1 nömrəli hədəf elan etmişdi.
O vaxt rəsmi Ankara və Bakı olaya sərt reaksiya bildirmiş, kompleksin sökülməsini tələb etmişdi. Amma çifayda. Nəticə yoxdur. Ona görə ki, qonşuluqda erməni katolikosları başda olmaqla, hələ də terrorçu təfəkkürlü bir cəmiyyət var olmaqda…

Bu mənada quldur Aşot Qulayanın adının İrəvanda əbədiləşdirilməsi qətiyyən təəccüblü deyil və aşağı-yuxarı ermənilər haqda daşlaşmış qənaəti dəyişməz. Bəşəri cinayətlərə imza atmış erməni ikiayaqlı şərəfsizləri qəhrəmanlaşdırmaq bunların canında və qanında. Bizimlə ədavətləri, düşmənçilikləri də tezliklə bitəsi deyil.
Odur ki, işimizi möhkəm tutaq, Nikol Paşinyanın sülh moizələrinə çox da inanmayaq, ən əsası, barıtımızı quru saxlayaq və təmkinli olaq. Nəhs kimi çıxmasın, bizim “Qafqaz qaraçıları” ilə işimiz hələ çox olacaq. Nə yaxşı ki, bunları bizdən yaxşı tanıyan yoxdur. Bu bilgini nəsildən-nəslə, miras kimi ötürməli, dərsliklərimizə salmalıyıq…
Zahid SƏFƏROĞLU

Seçilən
21
3
arantv.az

4Mənbələr